Rusiya hücum taktikasını dəyişdi: kiçik qruplar şəklində... Dünya

Rusiya hücum taktikasını dəyişdi: kiçik qruplar şəklində...

Ukraynanın cənubunda rus işğalçılar yay hücumu üçün müəyyən sayda qüvvə və vasitə toplayıb. Bu hücum kiçik hücum qrupları vasitəsilə həyata keçiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin deyib.

Onun sözlərinə görə, indi Rusiya ordusu fərqli şəkildə hərəkət edir – çoxsaylı uğursuzluqlardan sonra piyada bölmələrinin kiçik qrupları ilə hərəkət etmə taktikasına keçib.