

3 İyun 17:28
İran ABŞ-ın nüvə proqramı ilə bağlı təklifini rədd etməyə hazırlaşır.
APA-nın xəbərinə görə, bunu İranın danışıqlar qrupuna yaxın olan adı açıqlanmayan diplomatı “Reuters“ə bildirib.
“İran ABŞ-ın təklifinə hazırladığı cavab sözügedən təklifin rədd edilməsi kimi şərh edilə bilər," - diplomat bildirib.
Diplomatın sözlərinə görə, bu təklifdə ABŞ-ın İran uranın zənginləşdirilməsi məsələsinə dair mövqeyi dəyişməz olaraq qalır və sanksiyaların ləğvi ilə bağlı heç bir aydın izahat yoxdur.
Qeyd edək ki, ABŞ-ın yeni nüvə sazişi üzrə təklifini Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidi tərəfindən mayın 31-də İrana təqdim edilib.