

"Fənərbaxça" Milan Şkrinyarı heyətində saxlamaq üçün PSJ ilə danışıqları davam edir.
Xalqcebhesi.az xəbər verir ki, Fransa mətbuatı PSJ-nin Milan Skrinyar üçün "Fənərbaxça"dan istədiyi transfer haqqını açıqlayıb.
İddialara əsasən, PSJ-nin Şkrinyar üçün transfer tələbi 20 milyon avrodur.
Paris təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan təcrübəli futbolçunun transferi üçün danışıqlar mərhələsi davam edir.
"Fənərbaxça"nın heyətində 23 matçda forma geyinən slovakiyalı müdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.