

İran hökuməti uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun təşkili ilə bağlı ABŞ-la saziş bağlamağa hazırdır.
Bununla bağlı “Axios” portalı məlumat yayıb.
Portalın məlumatına görə Tehranın şərti konsorsiumun İran ərazisində yerləşməsidir.
“İran uranın zənginləşdirilməsi üçün regional konsorsium yaratmaq ideyası əsasında ABŞ-la nüvə sazişi bağlamağa hazırdır, bir şərtlə ki, o, İran ərazisində yerləşsin”, - məlumatda deyilir.
“Axios”un mənbələri bildirir ki, Vaşinqton konsorsiumun obyektlərinin İrandan kənarda yerləşməsini istəyir.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, yeni nüvə sazişi əldə olunarsa, onun administrasiyası İrana uranı zənginləşdirməyə icazə verməyəcək.