BP: Yeni layihələr Azərbaycanda yeni sərmayələrə yol açacaq İqtisadiyyat

BP: Yeni layihələr Azərbaycanda yeni sərmayələrə yol açacaq

Bu günlərdə neft-qaz və energetika sahəsində imzalanmış sənədlər BP şirkəti üçün Azərbaycanda yeni sərmayələr üçün yol açacaq.

APA-Economics xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Bununla yeni bir mərhələnin başladığı deyən BP rəsmisi qeyd edib ki, bu, həm də Azərbaycan hökuməti və SOCAR tərəfindən onlara göstərilən etimadın davamıdır.

Yeni sənədlər çərçivəsində reallaşdırılacaq layihələrə yönəldiləcək investisiyaların həcminə gəldikdə isə, Qordon Birrell bildirib ki, bunlar çoxmilyardlı layihələrdir.