

İran nüvə danışıqları uğursuz olarsa, Amerika və ya İsrailin ölkənin nüvə infrastrukturuna hücum ehtimalına hazırlıq fonunda hava hücumundan müdafiə sistemlərini gücləndirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Qərb kəşfiyyatının qiymətləndirmələrinə və təhlükəsizlik ekspertlərinin peyk görüntülərinin təhqiqatına əsasən, İran bir neçə zenit-raket buraxılış qurğusunu Natanz və Fordo kimi mühüm nüvə obyektlərinə yaxın mövqelərə köçürüb.
“İranın ən qabaqcıl zenit-raket kompleksləri və radar sistemlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən Rusiyanın S-300 sistemləri İsrailin 2024-cü ilin oktyabr və aprel aylarında ölkəyə endirdiyi hava zərbələri zamanı məhv edilib və ya zədələnib. Buna baxmayaraq, ekspertlər hesab edir ki, İranın hava hücumundan müdafiə sisteminin bir çox komponentləri qalır və ya son aylarda təmir olunub”, - məlumatda vurğulanıb.