Niderland hökuməti istefaya gedir Dünya

Niderland hökuməti istefaya gedir

İfrat sağçı Azadlıq Partiyası hakim koalisiyadan çıxdıqdan sonra Niderland hökuməti istefaya getmək qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Baş naziri Dik Şof deyib.

“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi qalmır”, - deyə o, Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.