

İsrailin döyüş təyyarələri çərşənbə axşamı İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Suriyanın cənubunda Suriya rejiminə məxsus silah anbarlarına zərbələr endirib.
Bununla bağlı İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Suriya hökuməti Suriyadakı mövcud vəziyyətə görə məsuliyyət daşıyır və onun ərazisindən İsrailə qarşı düşmənçilik hərəkətləri davam etdiyi müddətcə nəticələrə görə məsuliyyət daşıyacaq. Ordu İsrail dövlətinə qarşı yarana biləcək hər hansı təhlükəyə qarşı hərəkətə keçəcək", - nazirliyin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, çərşənbə axşamı İsrail ordusu Suriya ərazisindən iki raket atıldığını iddia edib.