ABŞ Çindən gələcək hücumlar səbəbindən narahatdır Dünya

ABŞ Çindən gələcək hücumlar səbəbindən narahatdır

Washington Post: ABŞ potensial münaqişə zamanı Çin dronlarının Sakit Okeandakı hava limanlarına hücumundan qorxur.
Pentaqon, potensial münaqişənin ilkin mərhələsində Çin insansız pilotsuz uçuş aparatlarının (dronların) Sakit Okeandakı ABŞ hava limanlarına hücum edə biləcəyindən narahatdır. Bu barədə Washington Post yazıb.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri ABŞ-ın Yeni Təhlükəsizlik Mərkəzinin tədqiqatçısı Steysi Petticjon bildirib. O qeyd edib ki, ABŞ təyyarələri adətən bir-birinə yaxın dayanır.
“Çin, alt mühərrikli balistik raketlərini klaster silahı kimi istifadə edə bilər, həmçinin uzaqdan idarə olunan dronlardan da istifadə edə bilər,” deyə o bildirib.
Qeyd olunur ki, bu hücumlara yalnız hava limanları deyil, enerji infrastrukturu da həssasdır.
Hal-hazırda ABŞ ilə Çin arasında gərginlik mövcuddur. Çin Xarici İşlər Naziri Van İ bildirib ki, ABŞ son zamanlar Çin’in qanuni hüquq və maraqlarına zərər verən bir sıra mənfi addımlar atıb.
1 iyun tarixində ABŞ Ticarət Naziri Hovard Latnik bildirib ki, Çin ABŞ ilə ticarət razılaşmasını gecikdirir. Nazir vurğulayıb ki, ölkəsi Çin mallarının istehlakçısıdır və Vaşinqton bazarlarını açmasa, Çin iqtisadiyyatı ciddi vəziyyətə düşəcək.

Məryəm Quliyeva