

Türkiyədə meşə yanğını baş verib.
APA yerli mediaya istinadən xəbər verir ki, yanğın Qaziantepin İslahiye rayonunda qeydə alınıb. Meşə yanğını 5 hektar sahəni əhatə edib. Naməlum səbəbdən baş verən meşə yanğınını söndürmək üçün əraziyə 2 helikopter, yanğınsöndürən maşınlar cəlb olunub.
Təxminən 2,5 saat çalışan qruplar tərəfindən söndürülən yanğın 5 hektar əraziyə ziyan vurub.