Salah “Liverpul”da ayın ən yaxşısı seçildi İdman

Salah “Liverpul”da ayın ən yaxşısı seçildi

“Liverpul”da aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Klubun rəsmi saytında keçirilən azarkeş səsverməsinin nəticələrinə əsasən, Məhəmməd Salah ayın ən yaxşı oyunçusu seçilib.

33 yaşlı misirli hücumçu ötən ay bütün turnirlərdə 4 oyunda meydana çıxıb. O, “Everton”la derbidə qol vurub, “Fulhem”lə görüşdə də fərqlənməyi bacarıb.

Bu, Salahın cari mövsümdə qazandığı ilk “ayın oyunçusu” mükafatı olub.

Qeyd edək ki, Məhəmməd Salahın mövsümün sonunda “Liverpul”dan ayrılacağı gözlənilir. Təcrübəli futbolçu 9 ildir Mersisayd klubunun formasını geyinir. Arne Slotun komandası Premyer Liqada sona bir tur qalmış 59 xalla 5-ci pillədə qərarlaşıb.