Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə 2,7 milyard manata yaxın ödəniş edib
“Dildə anlaşmaq, fikirdə uzlaşmaq, işdə isə ən yaxşı sonuca varmaq gərəkdir”
AMB BOKT-lara yeni maliyyə xidmətləri göstərmək imkanı verməyi planlaşdırır
Elnur Soltanov: Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin payı 34%-ə çatacaq
22 May 19:50
5 481
“İranın SEPAH zabitlərini Livana göndərməsi və Hizbullahın yenidən silahlandırılması ilə bağlı yayılan məlumatlar təsdiqini taparsa, bu, Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər”.
Bunu millət vəkili Azər Allahverənov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, regionda onsuz da mürəkkəb olan təhlükəsizlik mühiti fonunda İranın proksi qüvvələrə dəstəyini davam etdirməsi ABŞ-la münasibətlərdə eskalasiya riskini artırır: “Vaşinqtonun Tehran qarşısında irəli sürdüyü əsas tələblərdən biri İranın regiondakı silahlı qruplara dəstəyi dayandırması ilə bağlıdır və bu baxımdan Hizbullahın yenidən gücləndirilməsi ciddi siyasi mesaj kimi qiymətləndirilə bilər.
İran faktiki olaraq bu addımlarla ABŞ-a göstərməyə çalışır ki, onun regional siyasətində proksi qüvvələrdən imtina məsələsi danışıqlar predmetinə daxil deyil. Deputatın fikrincə, Tehran Hizbullahı həm hərbi heyət, həm də silah təchizatı ilə dəstəkləməklə öz təsir imkanlarını qorumağa çalışır və bu da regionda yeni qarşıdurma risklərini artırır”.
Günel Elxan