Qətər Tehrana danışıqlar heyəti göndərib Gündəm

Qətər Tehrana danışıqlar heyəti göndərib

Qətərin danışıqlar nümayəndə heyəti İranla münaqişənin dayandırılması barədə razılaşmanın əldə olunmasına kömək etmək üçün cümə günü ABŞ ilə razılaşdırılmış şəkildə Tehrana gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, Doha bundan əvvəl hərbi əməliyyatlar zamanı Qətər ərazisinə endirilən zərbələr fonunda bu münaqişədə vasitəçilik etməkdən çəkinirdi.

Məryəm Quliyeva