17:19
693
İsveçrə hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə qismən qoşulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Konfederasiyanın qara siyahısına, xüsusən, ukraynalı uşaqların deportasiyasında əli olduğu iddia edilən daha 115 fiziki şəxs və Rusiyanın hərbi-sənaye kompleksi və energetika sektoru ilə əlaqəsi olan 60 hüquqi şəxs daxil edilib. Məhdudlaşdırıcı tədbirlərin mayın 22-si saat 23:00-da (Bakı vaxtı ilə mayın 23-ü saat 01:00-da) qüvvəyə minəcəyi dəqiqləşdirilir.
Aİ-nin aprelin 23-də qəbul edilmiş Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə, xüsusilə, 117 fiziki şəxs və 60 hüquqi şəxs daxil edilmişdi.
Məryəm Quliyeva