Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
13 İyun 2025 07:53
2 471
"Ynet" xəbər verir ki, İrana qarşı hərbi əməliyyatların başlamasından sonra İsrail hakimiyyəti minlərlə ehtiyatda olan əsgəri orduya çağırmaq qərarına gəlib.
“İsrail Müdafiə Qüvvələri 8 saylı fövqəladə hallarla bağlı əmrə əsasən minlərlə ehtiyatda olan əsgəri orduya çağırır”, - deyə ordunun bəyanatında deyilir.
Qeyd olunur ki, Hərbi Hava Qüvvələri bölmələrinin, Daxili Cəbhə Komandanlığının, Şimal və Mərkəzi Komandanlıqların, hərbi kəşfiyyat və maddi-texniki təchizat bölmələrinin komplektləşdirilməsi üçün ehtiyatda olan hərbçilər lazımdır.
Xatırladaq ki, “Axios”un məlumatına görə, iyunun 13-də səhər saat üçdə İsrail Hərbi Hava Qüvvələri İrandakı hərbi obyektlərə hücum edib.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusunun əsas hədəfi İslam Respublikasının nüvə infrastrukturu olub. O, qeyd edib ki, İranda hərbi əməliyyatlar “lazım olduğu gün qədər” davam edəcək.
Cavid