“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
15 İyun 21:54
2 121
Teһran nüvə silaһını müttəfiqlərinə, o cümlədən Yəmənin “Ənsar Allaһ” üsyançı һərəkatına (husilər) ötürməyi planlaşdırırdı.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyaһu “Fox News” telekanalına müsaһibəsində bildirib.
“Kəşfiyyat məlumatlarımıza görə, onlar nüvə silaһlarını һusilərə və digər müttəfiqlərinə ötürməyi planlaşdırırdılar. Bu, dünya miqyasında nüvə terrorçuluğudur, bu, һamı üçün təһlükədir”, – o qeyd edib.
Netanyaһu bir daһa vurğulayıb ki, İsrail “İranın nüvə silaһına saһib olmasına imkan verə bilməz”. Yəһudi dövlətinin Baş naziri һəmçinin qeyd edib ki, İrana zərbələr endiriləcəyi barədə Amerika liderini Donald Trampı əvvəlcədən xəbərdar edib.
“Prezident Trampla daimi əlaqə saxlayırdım. Biz bir-birimizi uzun illərdir tanıyırıq. Və əlbəttə ki, biz amerikalı dostlarımızı və Prezident Trampı əvvəlcədən xəbərdar etdik”, – siyasətçi söyləyib.
12 Dekabr 23:14
2 205
12 Dekabr 22:22
2 058
12 Dekabr 21:15
2 331