İsraildə bir gecədə 300-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib Dünya

İsraildə bir gecədə 300-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib

İsrail Səhiyyə Nazirliyi bildirir ki, İrandan ölkənin şimalına və mərkəzinə raket hücumları nəticəsində bir gecədə ölkə üzrə 287 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, bir nəfərin vəziyyətinin ağır olduğu, ikisinin Petah Tikvadakı Schneider Uşaq Xəstəxanasında olmaqla 14 nəfərin orta dərəcəli xəsarət aldığı bildirilir. Qalanların əksəriyyəti yüngül xəsarət alıb və ya kəskin şok keçirib.

Nazirlik Bney Brakdakı Maayanei Hayeshua xəstəxanasına aparılan 15 nəfərin vəziyyəti barədə məlumat verməyib. Bundan əlavə, Təl-Əvivin şərqindəki şəhərə bir gecədə raket hücumu nəticəsində bir nəfər ölüb.