Cəbrayıl, Qubadlı və Zəngilanda 308 945 ha minadan təmizlənib
Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür”
Azər Allahverənov Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib
Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub
16 İyun 2025 17:24
2 653
İsrailin Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri Yisrael Katzın Tehran sakinlərinə yönəlik təhdidindən sonra “Tehranı təxliyə edin” mesajı verdi.
Xalqcebhesi.az xəbər verir ki, Netanyahu, Tel Nof Hava Bazasına səfəri zamanı bu mövzuda açıqlama verib. O, İsrail Hərbi Hava Qüvvələrinin “Tehranın hava məkanına nəzarət etdiyini” irəli sürərək, İsrailin “İranın nüvə təhdidini və hərbi qabiliyyətlərini aradan qaldırmaq yolunda olduğunu” iddia edib.
Netanyahu bəyan edib: “Tehran sakinlərinə şəhəri təxliyə etməyi tövsiyə edirik.”
Bundan əvvəl, İsrailin Müdafiə naziri Yisrael Katz, İranın cavab zərbələrinə görə “İsrailin mülki vətəndaşlarını hədəf aldığını, bunun da bədəlini Tehran əhalisinin ödəyəcəyini” bildirmişdi.
Gələn tənqidlərdən sonra yazılı açıqlama verən Katz, “Tehran sakinlərinə fiziki zərər yetirmək niyyətində olmadıqlarını” iddia edib.
Məryəm Quliyeva