WSJ: İsrail İrana hücumdan əvvəl gizli şəkildə PUA hissələri daşıyıb Dünya

WSJ: İsrail İrana hücumdan əvvəl gizli şəkildə PUA hissələri daşıyıb

MOSSAD-ın İrana pilotsuz uçuş aparatları üçün ehtiyat hissələrini gizli şəkildə keçirdiyi məlum olub.
Xalqcebhesi.az xəbər verir ki, The Wall Street Journal (WSJ) nəşrinin mənbələrə istinadla yazdığına görə, İsrail İrana qarşı hücumdan əvvəl bir neçə ay ərzində ora pilotsuz uçuş aparatları (PUA) yığmaq üçün komponentləri və sursatları gizli şəkildə göndərib.

Məlumata görə, PUA-lar hissə-hissə İsrail agentləri tərəfindən İrana gətirilib və daha sonra yerində yığılıb. Sursatlar isə çamadanlarda, yük maşınlarında və konteynerlərdə ölkəyə keçirilib.

Mənbələrin bildirdiyinə əsasən, İsrailin kəşfiyyat xidməti MOSSAD bu əməliyyata bir neçə il boyunca hazırlaşıb. Onlar İranın hava hücumundan müdafiə (HHM) sistemləri və raket buraxılış qurğularının yerləşməsini öyrəniblər. Daha sonra silahlı qruplar həmin HHM sistemlərini hədəfə alaraq, onların işə düşməsinə imkan vermədən sıradan çıxarıblar.

İran təhlükəsizlik qüvvələri daha əvvəl MOSSAD-ın casusu olmaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Həmçinin ölkədə içində İsrail dronları daşınan bir neçə avtomobil aşkar edilib.

Məryəm Quliyeva