İran-İsrail müharibəsi - SON DURUM Dünya

İran-İsrail müharibəsi - SON DURUM

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirib.

***

saat 14.20

İsrail Müdafiə Qüvvələri: İranın "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri zərərsizləşdirilib.

***

14.05

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri: İsrail və İran arasında hərbi gərginlik nüvə radiasiyasının sızması riskini artırır.

***

13.44

İsraildə üçüncü pilotsuz təyyarə hava qüvvələri tərəfindən vurulub, dördüncüsü görünür.

***

12.49

Cümə günündən bəri İran İsrailə təxminən 350 ballistik raket atıb və İsrail ordusunun yeni statistikasına görə, onların əksəriyyəti ələ keçirilib.

***

12.23

Qolanda yeni pilotsuz təyyarə xəbərdarlığı çalınır. Yonatan şəhərinin Qolan Təpələri icmasında yeni pilotsuz təyyarə xəbərdarlığı səslənib.

***

11.40

Yəməndən İsrailə ballistik raket atılıb. Yaxın dəqiqələrdə İsrailin cənubunda sirenlərin səslənəcəyi gözlənilir.

***

11.24

İsrailin Hayfa şəhərinin meri Yona Yahav bir gecədə İranın raket hücumu nəticəsində şəhərdə üç nəfərin öldüyünü təsdiqləyib.

***

10.42

İranın ötən gecə İsrailə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

***

09.57

İranın İsrailə endirdiyi hava zərbələri nəticəsində Təl-Əvivdəki ABŞ səfirliyi zərər görüb.

***

09.51

İranın ötən gecə İsrailə zərbələri nəticəsində 4 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

***

09.47

İsrailin İranın şimal-qərbində Zəncan vilayətinə endirdiyi zərbə nəticəsində iki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçisi ölüb.

***

08.46

İran tərəfindən atılan raket İsrailin Hayfa şəhərindəki elektrik stansiyasına düşüb.

***

07:53

İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində 3 nəfər ölüb, 67 nəfər yaralanıb.

***

06:33

İsrailin bir çox bölgəsi xüsusilə də Tel-Əviv və Hayfa şəhərləri raket hücumuna məruz qalıb.

***

00:36

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub.

***

22:58

İsrail İranın Xarici İşlər Nazirliyinin binalarından birini hədəfə alıb. Hücum nəticəsində bir neçə XİN əməkdaşı yaralanıb.

***

21:57

Əhali İranın paytaxtı Tehran şəhərini kütləvi tərk edir. İrana məxsus “Telegram” kanallarında insanların paytaxtı tərk etməsi nəticəsində uzun tıxaclar yarandığı bildirilir, bunu əks etdirən görüntülər yayılır.

***

21:54

İran İsrailə yeni raket hücumuna başlayıb.

APA xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

***

19:41

İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb.

***

19:31

İsrail İranın Tehranın şimalındakı Xarici İşlər Nazirliyinin binası və Tehranın mərkəzindəki Polis qərargahını vurub.

***

19:22

Rusiya İsrail-İran münaqişəsində vasitəçilikdə əsas rol oynaya bilər.

APA xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev bildirib.

***

19:17

İsrail Məşhəd hava limana zərbələr endirib.

***

19:07

İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb.

***

18:59

İsraildə iki nəfər iranlılar üçün casusluqda şübhəli bilinərək həbs edilib.

***

18:46

“Tezliklə İran və İsrail arasında da sülh olacaq! Hazırda çoxsaylı telefon zəngləri və görüşlər keçirilir”.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donalt Tramp sosial şəbəkədə paylaşım edib.

***

15:08

İsraillə silahlı münaqişə başlayandan bəri ilk dəfə Tehranda hava hücumundan müdafiə sistemi gündüz saatlarında işə salınıb.

***

14:46

Ötən gecə saatlarında 50 qırıcı təyyarə Tehranda yerləşən İranın nüvə layihəsinə aid obyektləri hücum edərək bombalayıb.

***

14:27

Netanyahu İranın raket zərbələri endirdiyi Bat Yam bölgəsinə baş çəkib.

***

13:55

İsrail Şiraz və İsfahana hava zərbələri endirib.

***

13:35

İranın İsrailə hücumlarında 15 nəfər ölüb, 385 yaralı var.

***

13:20

İsrailin hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin bir neçə yüksək rütbəli komandiri ölüb.

***

09:47

İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı 10 nəfərə çatıb, 200 nəfər yaralanıb.

***

09:29

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb. təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib.

***

06:59

İrandan həyata keçirilən raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı dördə çatıb.

***
06:10

İranın İsrailə son raket hücumu nəticəsində 3 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.

***
05:58

İranın sonuncu raket hücumu nəticəsində İsrailin tanınmış elmi tədqiqat mərkəzi - Veytsman Elmi İnstitutu zədələnib.

***
04:42

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir sıra hədəflərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

***
04:23

İsrailə yönələn raket hücumlarının yalnız İrandaт deyil, həm də Yəmən ərazisindən həyata keçirildiyi bildirilir.

***
02:41

İsrailin Tehranda yerləşən İranın Müdafiə Nazirliyinin qərargahına hücum etdiyi bildirilir.

***
02:23

İranın raket hücumu nəticəsində İsrailin şimalında bir nəfər həlak olub, daha 13 nəfər müxtəlif xəsarətlər alıb.

***
01:23

İsrailin zərbəsindən sonra İranın paytaxtı Tehranın qərbində yerləşən neft məhsulları anbarlarından birində güclü yanğın qeydə alınıb.
***
01:16

İran İsrailin hücumlarına cavab olaraq Hayfa şəhərində yerləşən neft emalı zavodunu raket atəşinə tutub.

***
01:10

İranın İsrailə yeni raket hücumu başlayıb

***
23:04

İyunun 13-də İsrailin İrana hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb.

***
22:29

İranın hava hücumundan müdafiə sistemləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kirmanşah, Luristan, Tehran, Hörmüzqan və Xuzistan vilayətlərində İsrailin raket zərbələrinin qarşısını alır.

***
22:15

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən yeraltı raket obyektinə zərbələr endirib.

***
22:01

Fransa Prezidenti Emmanuel Makron telefon danışığında iranlı həmkarı Məsud Pezeşkiyanı diplomatik masa arxasına qayıtmağa çağırıb.

***
21:04

ABŞ-ın Ukraynada yerləşdirilmiş bəzi hava hücumundan müdafiə (HHM) sistemləri Yaxın Şərqə köçürülüb.

***
19:48

İran və ABŞ arasında iyunun 15-nə planlaşdırılan danışıqlar baş tutmayacaq.

***

19:47

İranın Təl-Əvivə raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb.

***

İsrail İranın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa zərbə endirib.

***

19:37

Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib

Ərdoğan “İsrailin bölgənin sabitliyi və təhlükəsizliyinə ən böyük təhdid olduğunu, bunun İrana hücumla bir daha sübut etdirildiyini, gərginliyi azaltmaq üçün İsrailin qarşısının alınmasının lazım olduğunu” bildirib.

***

19:08

İsrailin Zəncana endirdiyi hava zərbələrində SEPAH üzvləri - Həmid Tomari, Əkbər Əzizi və Əmir Xani öldürülüb.

***

18:07

İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.

***

17:30

İran Hörmüz boğazını bağlamağı ciddi şəkildə düşünür.

***

15:59

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında bildirilib ki, İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib.

***

16:14

İran XİN bildirib ki, İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar əsassızdır

***

16:06

İranın raket zərbəsi nəticəsində 7 İsrail əsgəri yaralanıb.

***

15:42

İran ordusundan İsrailə məxsus "F-35" qırıcısının vurulduğu iddia edilib

16:25

*****

Həmədanda ölən və yaralananlar var

İsrailin İranın Həmədan vilayətinin Əsədabad şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 7 nəfər isə yaralanıb.

***

14:25

İsrail Tel-Əvivdəki Ben Qurion hava limanını növbəti xəbərdarlığa qədər bağladığını elan edib.

***

14:22

İranın Yəzd şəhərində İsraillə əməkdaşlıqda ittiham olunan beş nəfər həbs edilib.

***
14:04

SEPAH-da yeni təyinat

Məcid Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə rəhbər təyin edilib.

***

13:57

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İsrailin İrana qarşı hərəkətləri onun üçün daha ciddi təhdidlərlə nəticələnə bilər.

***

13:52

İsraildən xəbərdarlıq

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edərək, bildirib ki, “əgər İsrailə raketlər atılmağa davam edərsə, Tehran yanacaq”.

***

13:45

Rusiya XİN Azərbaycana təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.

Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.

***

13:28

Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.

***

13:17

İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq edib. Bildirilib ki, həmin ölkələr İsrailə hansısa yolla kömək etsələr, hücumların növbəti hədəfləri onların Yaxın Şərqdəki bazaları olacaq.

***

13:03

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

****

12:48

Təbrizdə yeni partlayışlar baş verib.

***

12:42

İran XİN: ABŞ-la nüvə danışıqlarının keçirilməsi barədə hələ qərar verilməyib

***
12:41

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin Hərbi Hava Qüvvələrinin İranda hədəfləri vurmağa yenidən hazır olduğunu bildirib.