Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
17 İyun 2025 16:03
2 310
ABŞ rəsmiləri, gəmilərin İran raketlərinə qarşı müdafiə məqsədilə istifadə edildiyini bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, NBC News-a danışan və adları açıqlanmayan iki ABŞ rəsmisi, ABŞ gəmilərinin, quruda yerləşdirilmiş müdafiə sistemləri ilə yanaşı, İran raketlərinə qarşı da müdafiə məqsədilə istifadə olunduğunu bildiriblər.
Digər tərəfdən, rəsmilər ABŞ-ın müdaxiləsinin ümumi miqyasının nisbətən az olduğunu qeyd ediblər.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Fox News-a verdiyi açıqlamada deyib:
"ABŞ pilotları bizim pilotlar kimi İsrailə yönəlmiş PUA-ları məhv edir. ABŞ istehsalı olan THAAD ballistik raketdən müdafiə sistemi, paytaxt Tel-Əviv və ətrafının müdafiəsində kömək edir. Eyni zamanda, ABŞ-ın ballistik raketlərə qarşı Aegis döyüş sistemi ilə təchiz edilmiş gəmiləri də Aralıq dənizində yerləşir."
Məryəm Quliyeva
15 May 20:36
1 015
15 May 18:38
1 106
15 May 17:19
1 267