

SEPAH: İran raketi ilə Microsoft-un regional ofisi məhv edildi.
İran Silahlı Qüvvələrinin elitar hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndəsinin sözlərinə istinadən, İran ordusu tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Microsoft korporasiyasının İsrailin Beer-Şeva şəhərində yerləşən regional ofisi məhv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.
“Microsoft korporasiyası cəmi bir raketlə məhv edildi. Rejimə dəstək verməyin nəticələri olur!” – agentlik SEPAH nümayəndəsinin sözlərini belə sitat gətirib.
Məlumata görə, İran silahlı qüvvələri Microsoft rəhbərliyinin İsraillə əməkdaşlıq etdiyinə görə şirkətin ofisini hədəfə alıb.
Bundan əvvəl İran mediası Tehranın İsrailə qarşı yeni raket hücumuna başladığını xəbər vermişdi.
Məryəm Quliyeva