NATO-nun hərbi siyasətinə qarşı etiraz aksiyası keçirilib Dünya

NATO-nun hərbi siyasətinə qarşı etiraz aksiyası keçirilib

Haaqada NATO-nun hərbi siyasətinə qarşı keçirilən nümayişdə təxminən beş min insan iştirak edib.

TASS xəbər verir ki, Şimali Atlantika Alyansının sammiti öncəsi aksiya Hollandiyanın solçu partiyaları və müharibə əleyhinə hərəkatları tərəfindən təşkil olunub.

Nümayəndələrin sözlərinə görə, onlar bu yolla NATO-nun hərbi siyasətinə, müdafiə xərclərinin artmasına və Qərbin neokolonializminə etiraz etməyə çalışıblar.

Mitinqdə “Hərbiləşdirmə yoxdur - NATO üstünlüyü yoxdur” və “Əllər Qəzzadan çəkilsin” kimi şüarlar səsləndirilib. İştirakçıların çoxu əllərində İran bayraqları və ABŞ-ın ərazisinə zərbələr endirməsi fonunda ölkəni dəstəkləyən ifadələr səsləndiriblər. Agentlik əlavə edib ki, aksiya dinc şəraitdə keçib və polis əməkdaşları tədbirə müdaxilə etməyiblər.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. Bir gün əvvəl Blick jurnalı alyansa üzv ölkələrin illik müdafiə xərclərini ÜDM-in ən azı 5%-nə qədər artırmağa hazır olduqlarını bəyan etmək niyyətində olduqlarını bildirmişdi. Hazırda onlar 2%-dən çox deyil.

Cavid