

Yaponiyanın Yanğın və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi 16–22 iyun tarixləri arasında ölkə üzrə azı 18 nəfərin istilik vurmasından həyatını itirdiyini, 8.603 nəfərin isə istilik vurmasına bağlı simptomlarla xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Son günlərdə Yaponiyada təsirli olan yüksək temperaturun fəsadları aydınlaşmağa başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, agentliyin məlumatına görə, 16–22 iyun tarixləri arasında ölkənin 14 prefekturasında istilik vurması nəticəsində ümumilikdə 18 nəfər həyatını itirib, 8.603 nəfər isə simptomlar səbəbindən xəstəxanaya yerləşdirilib.
Hesabatda 210 nəfərin üç həftədən çox xəstəxanada qalmasını tələb edən ağır vəziyyətdə, 3.032 nəfərin isə qısa müddətli hospitalizasiya tələb edən orta dərəcəli vəziyyətdə olduğu bildirilib. Ən çox halın qeydə alındığı bölgələr isə 896 nəfərlə Tokyo, 706 nəfərlə Aichi və 648 nəfərlə Saitama prefekturaları olub.
Bundan əlavə, istilik vurması halları arasında 65 yaş və üzəri şəxslər ümumi hallarının 61,8 faizini təşkil edib və bu yaş qrupunda 5.316 nəfər təsirlənib.
Məryəm Quliyeva