Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıb Dünya

Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıb

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad edilməsinə çağırış edib.

Tramp bu barədə Truth Social platformasında yazıb.

“Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə o yazıb.

Bundan əvvəl Tramp Qəzza sektorunda münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın İranda nüvə obyektlərinə endirdiyi zərbələr Qəzza anklavında saxlanılan girovların azad olunmasına təkan verə bilər.