
Çində yenidən fövqəladə vəziyyət elan edilib
28 İyun 17:33
28 İyun 17:33
28 İyun 17:18
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.
Xalqcebhesi.az Bakupost.az-a istinadən xəbər verir ki, bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.
Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.