
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
İran Prezidenti Məsud Pezəşkiyan, müharibə və toqquşmaların təkrarlanmasının qarşısını almaq üçün diplomatiyanı gücləndirməyə çalışdıqlarını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyi (ISNA)-nın məlumatına görə, Pezəşkiyan Neft Nazirliyində çıxışı zamanı gündəmə dair açıqlamalar verib.
O deyib:“Diplomatiyanı gücləndirərək müharibə və qarşıdurmaların təkrar baş verməsinin qarşısını almağa çalışırıq. Müharibə heç kimin xeyrinə deyil və qalibi yoxdur.”
Pezəşkiyan bildirib ki, “Milli uzlaşma hökuməti” yanaşması çərçivəsində həm ölkədə birlik və həmrəyliyi təmin etməyə, həm də qonşu ölkələr və dünya dövlətləri ilə dost münasibətlər qurmağa çalışırlar. O, İsrailin hücumları qarşısında xalqın birlik və həmrəyliyinin vacibliyini vurğulayıb.
Məryəm Quliyeva