Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib - FOTO - YENİLƏNİB
Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
Prezident İlham Əliyev: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur
Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
22 İyul 2025 07:56
1 771
İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman 25 ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin Qəzza zolağında atəşi dərhal dayandırmağın zəruriliyi ilə bağlı birgə bəyanatını şərh edib və bunu ədalətsizlik adlandırıb.
Müşavir öz Telegram kanalında yazıb: " HƏMAS-a təzyiq barədə bir kəlmə belə danışmayan birgə bəyanat nəinki ədalətsizdir, həm də zərərlidir. Bu, danışıqlar prosesinə xələl gətirir, HƏMAS-ın cəzasızlıq hissini gücləndirir və müharibənin daha da uzadılmasını təşviq edir".
Gendelman hesab edir ki, bu bəyanat “kömək deyil, HƏMAS-a yanlış və təhlükəli siqnal göndərən aldatmadır”. Onun sözlərinə görə, İsraillə müharibəyə başlayan və sülh sazişinin əldə olunmasına mane olan fələstinli radikallar olub.
Cavid