

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Almaniya kansleri Fridrix Merz İsrailin baş naziri Binyamin Netanyahudan Qəzzada dərhal atəşkəsin təmin edilməsi və mülki şəxslərə təcili humanitar yardımın dərhal çatdırılmasını təmin etmək üçün əlindən gələni etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius verdiyi yazılı açıqlamada, kansler Merzin Netanyahu ilə telefon danışığı apardığını bildirib.
Açıqlamada Merzin Qəzzadakı ağır humanitar vəziyyətdən böyük narahatlığını ifadə etdiyi bildirilib. “Merz, Baş nazir Netanyahudan dərhal atəşkəsin təmin edilməsi üçün əlindən gələni etməsini xahiş etdi” deyib. Merz Netanyahunu Qəzzada aclıqdan əziyyət çəkən mülki şəxslərə lazımi humanitar yardımı dərhal çatdırmağa çağırıb”.
Bəyanatda bu yardımın mülki şəxslərə tez, təhlükəsiz və lazımi miqyasda çatdırılmasının vacibliyi, İsrail hökumətinin açıqladığı tədbirlərdən sonra sürətlə təsirli addımların atılmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, Almaniya hökuməti hadisələri yaxından izləyəcək və Fransa, Böyük Britaniya, digər Avropa tərəfdaşları, ABŞ və ərəb ölkələri ilə məsləhətləşərək, vəziyyətin yaxşılaşdırılmasına necə töhfə verə biləcəyinə yaxın günlərdə qərar verəcək.
Bəyanatda Almaniya hökumətinin “Həmas-ın 2023-cü il oktyabrın 7-də Qəzzada münaqişəni başlatdığına şübhə etmədiyi” vurğulanır və Fələstin Dövlətinin tanınmasının hazırda Berlinin gündəmində olmadığı bir daha vurğulanır.
Bəyanatda həmçinin qeyd olunub ki, Almaniya hökuməti Fələstin Dövlətinin tanınmasına iki dövlətli həllə nail olmaq yolunda son addımlardan biri kimi baxmağa davam edir.
Məryəm Quliyeva