Denverdə təyyarə qalxarkən yanıb Dünya

Denverdə təyyarə qalxarkən yanıb

ABŞ-ın Denver Beynəlxalq Hava Limanında, American Airlines şirkətinə aid Denver-Mayami reysi həyata keçirən və 179 sərnişini daşıyan sərnişin təyyarəsində qalxış zamanı yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər yaralanıb.

ABŞ-ın Denver əyalətindəki Denver Beynəlxalq Hava Limanında qalxış zamanı sərnişin təyyarəsində qorxu anları yaşanıb.

Xalqcebhesi.az xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasında, American Airlines şirkətinə aid Boeing 737 MAX 8 modeli təyyarənin Denver-Mayami reysini həyata keçirmək üçün hava limanından qalxarkən eniş qanadlarında yaranan bir nasazlıq səbəbindən təkərinin partladığı və təyyarədə yanğın baş verdiyi bildirilib. Açıqlamada, yüksək səsli gurultunun ardından alovların göründüyü qorxulu anlarda sərnişinlərin panikaya düşdüyü qeyd edilib.

American Airlines və Denver Beynəlxalq Hava Limanı tərəfindən verilən birgə açıqlamada isə təyyarənin qalxışı zamanı əvvəlcə təmir işlərində yaşanan bir problem səbəbindən hava limanında yerləşən təcili yardım personelinin və Denver Yanğınsöndürmə İdarəsinin hərəkətə keçdiyi, təyyarədəki sərnişinlərin təxliyə edildiyi bildirilib. Hadisə nəticəsində 6-sı heyət üzvü olmaqla 179 nəfər təyyarənin yaxınlığında yerləşən sürüşmə zolağından istifadə edərək təxliyə edilib. Qəza nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə hava limanı məntəqələrində müayinədən keçirildikdən sonra yalnız 1 nəfər yüngül yaralanmalar səbəbi ilə xəstəxanaya göndərilib.

Hava limanında 240 uçuş təxirə salınıb

Səlahiyyətlilər təyyarənin yerli vaxtla saat 13:12-də kassadan ayrıldığını, qəzanın 14:45 radələrində baş verdiyini və dünən gecədən bəri 240 reysin gecikdiyini açıqlayıb. Rəsmilər həmçinin Mayamiyə uçacaq sərnişinlər üçün uçuşların bu gün dəyişdiriləcəyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Məryəm Quliyeva