

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qəzzadakı Fələstin hökumətinin media ofisindən verilən yazılı açıqlamada Qəzzada qıtlığın getdikcə pisləşdiyi və fələstinli mülki vətəndaşlar üçün nəzərdə tutulan yardımın qarşısının alındığı bildirilib.
Açıqlamada, "Qıtlıq 1 milyon 100 mini uşaq olmaqla 2 milyon 400 insanı əhatə edir. Ərəb ölkələrinin və beynəlxalq ictimaiyyətin susqunluğu səbəbindən bu günə qədər 87-si uşaq olmaqla 133 nəfər aclıqdan ölüb" ifadəsi işlədilib.
Açıqlamada həmçinin 73 yardım maşınının Qəzzanın şimal və cənubuna daxil olduğu bildirilib: "Yardımların böyük hissəsi İsrail qüvvələrinin və pilotsuz təyyarələrinin nəzarəti altında talan edilib və oğurlanıb. İsrail qüvvələri xaos və aclıq siyasətinin bir hissəsi olaraq yük maşınlarının paylama anbarlarına çatmasının qarşısını açıq şəkildə almağa çalışır".