

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Suriya iqtisadiyyatının yenidən qurulmasında Rusiyanın iştirakının yolları haqqında iki ölkə arasında fikir mübadiləsi aparılıb.
Moskvada keçirilən görüşdə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun suriyalı həmkarı Əsəd əl-Şeybani iki ölkə əlaqələrinin inkişafını müzakirə ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə dəstəklərini ifadə ediblər.
Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyanın geosiyasi münaqişələr üçün platformaya çevrilməsinin əleyhinə olduğunu bildirib və ölkəsinin Suriya prezidentinin problemləri həll etmək üçün göstərdiyi səylərə dəstəyini dilə gətirib.
Lavrov Suriyada seçkilərin keçirilməli olduğunu və bunun ölkə əhalisinin birliyinə töhfə verəcəyini deyib.
Son zamanlarda baş verən ölkədaxili münaqişələrə toxunan Suriya xarici işlər naziri Əsəd əl-Şeybani vurğulayıb ki, Suriya ölkədəki azlıqların İsrail tərəfindən istifadə olunaraq ölkəni parçalamasına icazə verməyəcək.