Gəncədə avtomobil piyadanı vurub Hadisə

Gəncədə avtomobil piyadanı vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.