

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
BMT-nin Ərzaq Hüququ üzrə Xüsusi məruzəçisi Michael Fakhri bildirib ki, Qəzzada baş verən qıtlıq və kütləvi aclıq düşünülmüş siyasətin nəticəsidir. O, "İsrail Qəzzanı aclıqdan öldürür. Bu, soyqırımdır, insanlığa qarşı cinayətdir və müharibə cinayətidir" deyib.
Məruzəçi bu xəbərdarlığı ilk dəfə 2024-cü ilin əvvəlində verdiyini xatırladaraq bugünkü yaşananların sürpriz olmadığını bildirib.
“İsrail ağlasığmaz aclıq mexanizmi inşa etdi. İnsanların aclıqdan ölməsini izləmək, əlbəttə, sarsıdıcıdır, lakin heç kim təəccüblənməməlidir. Bütün məlumatlar 2024-cü ilin əvvəlindən ortada idi”.
“Dünyanın dörd bir yanındakı milyonlarla insan həqiqəti görür. Bu gün hələ də səssiz qalan dövlətlər və şirkətlər bu cinayətə ortaq olur” deyə o vurğulayıb.