Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
7 Avqust 07:55
2 394
“El Pais” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, İspaniya ABŞ-dən F-35 almaq planlarını dayandırıb.
İspaniya F-35-lərin istehsalçısı olan ABŞ-nin Lockheed Martin şirkəti ilə danışıqları qeyri-müəyyən müddətə dayandırıb.
İspaniyanın Eurofighter kimi Avropa alternativlərə yönəldiyi və onları nəzərdən keçirdiyi qeyd edilir.
Bildirək ki, İspaniya hökuməti aprel ayında 12,126 milyard dollarlıq müdafiə xərcləri planını təsdiqləyib və ümumi daxili məhsulunun 2 faizini müdafiə və təhlükəsizliyə ayırmağı öhdəsinə götürüb. Lakin İspaniyanın bu vəsaitin 85 faizini Avropada istehsal edilən hərbi sistemlərə yönəltmək qərarı ilə ABŞ-də istehsal olunan F-35-ləri alması milli müdafiə prioritetləri ilə ziddiyyət təşkil edir.