“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”
29 Dekabr 22:57
29 Dekabr 22:57
29 Dekabr 22:40
29 Dekabr 21:22
29 Dekabr 21:18
14 Avqust 08:10
2 100
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsində intensivləşən işğalçı hücumları ilə bağlı məlumat verib.
Basal İsrail ordusunun Zeytun məhəlləsinə intensiv hərbi hücumlar təşkil etdiyini və bu hücumlarda mülki yaşayış məntəqələrini hədəf aldığını bildirib. İsrail ordusunun xüsusilə 5 mərtəbəli və ondan çox mərtəbəli binalara hücum etdiyini deyən Basal istifadə edilən partlayıcı maddələrin ətrafdakı tikililəri məhv etdiyi vurğulayıb.
O, İsrailin 3 gün ərzində ərazidəki 300 evi tamamilə dağıtdığını, bəzi evlərin sakinləri içəridə olarkən çökdüyünü və ölənlərin olduğunu deyib.
O həmçinin İsrail ordusunun xəbərdarlıq etmədən bölgədə dağıntılar həyata keçirdiyini və intensiv hücumların mülki müdafiə qruplarının yaralılara kömək etməsinə mane olduğunu bildirib.
29 Dekabr 21:45
742
29 Dekabr 18:57
868
29 Dekabr 18:48
994