Vyetnamda yaxınlaşan Kajiki qasırğası səbəbindən 500 mindən çox insan təxliyə edilib Dünya

Vyetnamda yaxınlaşan Kajiki qasırğası səbəbindən 500 mindən çox insan təxliyə edilib

Çinin cənubundakı Haynan adasında Kajiki tayfunu üçün verilən 4-cü səviyyə xəbərdarlığından sonra Vyetnam da yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xalqcəbhəsi.az-ın “TRT Haber”ə istinadla məlumatına görə, Vyetnam Milli Hidrometeoroloji Proqnozlar Mərkəzi yaxınlaşan Kajiki qasırğası səbəbindən bəzi bölgələrdə güclü yağış, daşqın və torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq edib. 586 mindən çox insanın təxliyəsi əmri verilib.

Bəzi çaylarda suyun səviyyəsinin artması ilə əlaqədar daşqın riski ilə bağlı 2 və 3-cü səviyyəli xəbərdarlıqlar edilib.

Müdafiə Nazirliyi tayfunun fəsadları ilə mübarizə aparmaq üçün təxminən 350 000 hüquq-mühafizə orqanının əməkdaşı və 8 200 hərbi maşın göndərib.

Qeyd edək ki, Çinin cənubundakı Haynan adasında yaxınlaşan Kajiki tayfunu səbəbindən dünən 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.

Kajiki tayfununun bu il Sakit Okeanda əmələ gələn 13-cü tayfun olduğu bildirilib.