“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Azərbaycanın bəzi rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
26 Avqust 2025 07:58
2 282
Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello sərhəd keçidlərinin təhlükəsizliyini təmin etmək üçün Kolumbiya sərhədinə 15 min əsgər və polisin yerləşdiriləcəyini açıqlayıb.
Dövlət televiziyasına danışan Kabello Kolumbiya ilə həmsərhəd olan Zulia və Taçira əyalətlərinə təhlükəsizlik qüvvələrinin yerləşdiriləcəyini açıqlayıb.
Kabello dərhal qadın və kişi olmaqla 15.000 əsgər və polis yerləşdirməyə başlayacaqlarını ifadə edərək, "Yerləşdirmə Taçira sərhədinə qədər uzanacaq. Kolumbiya hökumətindən bütün sərhəddə sülhü təmin etməsini xahiş edirik" deyib.
Sərhəddə hər hansı qeyri-qanuni fəaliyyətə icazə verməyəcəklərini vurğulayan Kabello, "Ölkənin hər yerində əsgərlərimiz var; işləri nədirsə onları edirlər. Veriləcək cavab venesuelalıların sülh və təhlükəsizliyini təmin etməkdir. Bu, istənilən gözlənilməz vəziyyətə tez cavab vermək üçün təsirli bir döyüş vahididir" deyə əlavə edib.
Kabello son əməliyyatlara da toxunaraq, "Əməliyyatlarda 480-dən çox uzun və qısa lüləli silah ələ keçirdik. Biz burada narkotiklərlə müvəqqəti yox, kökdən mübarizə aparırıq. 2025-ci ildə 52 tondan çox narkotik ələ keçirdik" deyə qeyd edib.