

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketinə rus diplomatlarının Şengen zonası daxilində sərbəst hərəkətinə qadağa daxil ola bilər.
O, Avropanın "Politico" nəşrinə deyib: “Mən rus diplomatlarının Şengen zonasında sərbəst hərəkətinə son qoymaqda israr etməyə davam edəcəyəm”. Lipavski iddia edir ki, “bu, lazımsız üstünlükdür”.
Aİ-nin adı çəkilməyən bir sıra digər diplomatları vurğulayıblar ki, yeni anti-Rusiya sanksiyalar paketində çox güman ki, Rusiyanın enerji resurslarının alınması ilə bağlı məhdudiyyətlər yer almayacaq. Nəşr qeyd edir ki, yeni sanksiyalar “kölgə donanması” adlandırılanlara və Qərbin fikrincə, Rusiyaya iqtisadi məhdudiyyətlərdən yan keçməyə kömək edən şirkətlərə təsir edəcək.
Cavid