Azərbaycanlı futbolçunun klubu səfərdə uduzdu İdman

Azərbaycanlı futbolçunun klubu səfərdə uduzdu

Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Hüseynovun heyətində yer aldığı “Arda” klubu səfərdə “Slaviya”nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.