Rumıniya XİN başçısı: Rusiya əsas təhlükə olaraq qalır Dünya

Rumıniya XİN başçısı: Rusiya əsas təhlükə olaraq qalır

Ukraynadakı vəziyyətin dəyişməsindən asılı olmayaraq Rusiya Rumıniya üçün əsas təhlükə olaraq qalır.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Oana Tsoyu diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib.

Nazir vurğulayıb ki, Rumıniya NATO-nun şərq qanadında mövqelərin gücləndirilməsini dəstəkləyir.

O həmçinin ABŞ, Avropa müttəfiqləri və digər tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.