

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Qlobal iqlim dəyişikliyinin fəsadları daha çox özünü su resurslarının azalmasında göstərir. Yaşadığımız coğrafiya yağıntının az düşdüyü, su mənbələrinin o qədər də çox olmadığı regionlardandır. Məsələn, Azərbaycan Cənubi Qafqazın su resursları ən az olan ölkəsidir. Ön Asiya, İran ərazisi də su qıtlığı yaşayan bölgələrdəndir. Son 30 ildə Kiçik Asiyada 50-dən çox göl quruyub. İran ərazisində də durum təxminən eynidir. Güney Azərbaycan ərazisində yerləşən Urmiya gölünün 90 faizi artıq quruyub”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib.
E.Cəfərli əlavə edib ki, İsfahanda, Xuzistanda, Xorasan əyalətində ciddi şəkildə su qıtlığı yaşanır: “İran transərhəd Hilmənd çayı ilə bağlı qonşu Əfqanıstanla münaqişə vəziyyətindədir. Dəfələrlə iki ölkə arasında hətta qanlı toqquşma da baş verib. Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Kabil hökuməti bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Bu isə iki ölkə arasında gərginliyi artıran faktordur. Su qıtlığı sosial-iqtisadi həyata ciddi şəkildə təsir edəcək. Əvvəla, bölgədən iri şəhərlərə köç dalğası başlanacaq, kəndlər boşalacaq, bölgənin aqrar sektoru ciddi ziyan görəcək. Artıq ekspertlər İranın İsfahan əyaləti ilə bağlı ciddi həyəcan təbili çalırlar. Belə ki, quraqlıq üzündən bu əyalətin sakinlərinin böyük əksəriyyəti bu bölgəni tərk edəcək”.
O vurğulayıb ki, su mənbələrinin quruması baxımından Türkiyənin də vəziyyəti ürəkaçan deyil: “Hər il Türkiyədə min hektarlarla meşə yanıb külə dönür. Meşələrin məhvi səhralaşmaya, torpağın şoranlaşmasına, yeraltı su mənbələrinin azalmasına yol açır. Bu isə kənd təsərrüfatında ciddi fəsadlar yaradır. Azərbaycanda problem meşə yanğınları ilə bağlı deyil. Bizdə də su mənbələri quruyur. Lakin bizim əsas problemimiz ağıllı su idarəetməsinin olmamasıdır. Artıq su qıtlığı qapıdadır. Arxayınlığa heç bir lüzum yoxdur. Bundan sonra hər damlanın qədrini bilməliyik. Kənd təsərrüfatında damcılı suvram sistemi geniş tətbiq edilməli, su kanallarının səthi betnolaşdırılmalıdır. İri şəhərlərdə tullantı sularının təkrar emalı və yaşıllaşdırmada, avtoyuma müəssisələrində istifadəsi həyata keçirilməlidir. Suya qənaətlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparılmalıdır”.
Röya İsrafilova