“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
28 Avqust 2025 17:55
2 415
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutunun (İSZF) Günəş astronomiyası laboratoriyasının alimləri 28 avqust tarixində Günəşin şimal yarımkürəsində güclü plazma tullantılarını qeydə alıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, hazırda aktiv Günəş zonaları birbaşa Yerə yönəlməyib və bu səbəbdən planet üçün təhlükə yaratmır.
Bununla belə, alimlər Günəşdə baş verənləri “cəhənnəm” adlandırırlar. Son sutka ərzində Günəş səthində azı yüz yeni ləkə yaranıb. 25 avqust 2025-ci ildə isə ard-arda iki M sinifli partlayış qeydə alınıb. Onların gücü M4.6 səviyyəsinə çatıb ki, bu da beş ballıq şkalada dördüncü səviyyəyə uyğundur.
Bu il Günəşdə qeydə alınan ən böyük plazma tullantısı isə 2025-ci ilin 25 fevralında baş verib. Həmin hadisə kosmik koronoqraflar tərəfindən qeydə alınıb. Tullantıdan sonra yaranan plazma buludu kosmosa yayılıb.
Məryəm Quliyeva
23 Oktyabr 21:35
1 239
23 Oktyabr 18:56
1 344
23 Oktyabr 18:17
4 739