11:58
630
2 Fevral – Gənclər Günü münasibətilə ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəzin direktoru Akif Marifli Gənclər Gününün 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu və ölkənin ictimai həyatında mühüm yer tutduğunu deyib.
O vurğulayıb ki, həm Azərbaycanda, həm də Özbəkistanda gənclər dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət yetirilir, onların xaricdə təhsil alması, yaradıcılıq və ictimai fəaliyyət sahəsində inkişafı üçün geniş imkanlar yaradılır. O, eyni zamanda Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verərək burada Azərbaycan dili, rəsm kursları, eləcə də teatr və rəqs dərnəklərinin fəaliyyət göstərdiyini, bu dərnəklərdə özbəkistanlı gənclərin də fəal iştirak etdiyini söyləyib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Azərbaycan mədəniyyətinin təbliğində göstərdikləri fəal xidmətlərə görə fərqlənən gənclərə sertifikatlar təqdim olunub. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliğində fəal iştirak edən gənclərə və yaradıcı kollektivlərə, o cümlədən “Qarabağ zəfəri” rəqs ansamblının və “Xarıbülbül” teatr truppasının üzvlərinə sertifikatlar təqdim ediblər.
11:44
672
11:44
672
2 Fevral 16:53
1 323