29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
22 Sentyabr 2025 14:25
5 747
Təbrizli jurnalist, yazıçı və media fəalı Zöhrə Vəfayinin anım günüdür.
Gunaz.tv
Zöhrə Vəfayi 1953-cü ildə Təbrizdə anadan olub.
İbtidai və ali təhsilini doğma şəhərində alan Vəfayi, gənc yaşlarından ədəbi-mədəni və media fəaliyyətlərinə başlayıb.
O, xüsusilə 1990-cı illərdə Təbrizdə nəşr edilən populyar türkcə-farsca Çuvalduz satirik dərgisinin naşiri və Zeynəb Paşa nəşriyyatının sahibi kimi tanınıb.
Zöhrə Vəfayi, türk dili, folkloru və ədəbiyyatı, eləcə də Güney Azərbaycanda tarix, mədəniyyət və sosial həyat sahələrində onlarla kitab yazıb.
Onun “Uşaq məktəbi”, “Azərbaycanın məşhurları” (5 cildlik), “Alqışlar və qarğışlar”, “El bayatıları”, “Oyunlar”, “Azərbaycanın məşhur yeməkləri”, “Peşələr”, “Laylalar”, “Qablar”, “Adlar və adlandırılanlar”, “Geyimlər”, “Ana”, “Ölçülər”, “Heydər Əmioğlu”, “Qarınqulu cücə”, “Axtar-tap” və “Məsəllər” kimi kitablar türk və fars dillərində işıq üzü görüb.
Vəfayi həmçinin türk dil hüquqları və siyasi məhbusları müdafiə sahəsində fəaliyyət göstərib. O, keçmiş illərdə göstərdiyi mədəni və siyasi fəaliyyətlərinə görə İranın təhlükəsizlik orqanlarının təhdid və təzyiqlərinə məruz qalıb.
Tanınmış yazıçı 22 sentyabr 2024-cü ildə xəstəlikdən dünyasını dəyişib, Təbrizin Vadi rəhmət qəbristanlığının sənətçilər bölməsində dəfn olunub.
28 Avqust 10:48
1 561
25 Avqust 11:15
2 723
25 Avqust 11:13
2 590