

Venesuelaya bağlı narkokartellərlə əlaqəli olduğu iddia edilən gəmilərə yeni zərbələr vuracaq, çünki ABŞ-ın başqa seçimi qalmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Biz yaxınlarda ABŞ-ın hərbi qüvvələrinin üstünlüyündən istifadə etməyə başladıq ki, Venesuelalı terrorçuları və prezident Nikolas Maduronun rəhbərlik etdiyi qanunsuz ticarət şəbəkələrini məhv edək" — deyə Tramp BMT-nin 80-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı çıxışında bildirib.
"Hər bir terrorçu, narkotikləri ABŞ-a qaçaqmalçılıqla keçirən şəxs, bilməlidir ki, biz onları yer üzündən siləcəyik. Bizim başqa seçimimiz yoxdur. Keçən il narkotiklər səbəbindən, xüsusilə fentanil və digər narkotiklər səbəbindən 300.000 insan itirdik. Biz batırdığımız hər bir gəmidə 25 min amerikalını öldürə biləcək miqdarda narkotik var. Biz buna icazə verməyəcəyik" — deyə o əlavə edib.
Məryəm Quliyeva