Saakaşvili məhkəmənin hökmündən sonra özünü evsiz elan edib Gündəm

Saakaşvili məhkəmənin hökmündən sonra özünü evsiz elan edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsdə olarkən evsizliyini elan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.

"Siz yaxşı bilirsiniz ki, mənim praktiki olaraq pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur. İndi azadlıqdan məhrum edilmişəm, amma siz və sizin sahibiniz (yəqin ki, "Gürcüstanın Arzusu" partiyasının rəhbəri Bidzina İvanişvili nəzərdə tutulur – red.) yaxşı bilirsiniz ki, mən çox uğurluyam, siz isə tamamilə uğursuzlarsınız», – deyə Saakaşvili bəyan edib.

Məryəm Quliyeva