Azərbaycan üzgüçüləri III MDB Oyunlarında növbəti medalı qazanıblar İdman

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında növbəti medalı qazanıblar

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan üzgüçüləri yarışda daha bir medal əldə ediblər.

Təmsilçilərimiz 4x200 metr məsafəyə sərbəst üsulla üzmə növündə bürünc mükafat qazanıblar.

Rusiya qızıl medala yiyələnibsə, Qazaxıstan ikinci yerlə kifayətlənib. Yarışlar davam edir.