

ABŞ-ın La Guardia hava limanında iki Delta Air Lines sərnişin təyyarəsi hərəkət edərkən toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Delta Air Lines-ə məxsus iki Endeavour Air təyyarəsi Nyu-Yorkun La Guardia hava limanında hərəkət edərkən toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Səlahiyyətlilər bildirdilər ki, Virciniya ştatının Roanoke şəhərinə gedən 5155 saylı reysin qanadı Şimali Karolina ştatının Şarlotta şəhərindən aprona doğru hərəkət edən 5047 saylı reysin burnuna dəyib.
Səlahiyyətlilər qəza zamanı təyyarədə ümumilikdə 93 nəfərin olduğunu və qəzanın aşağı sürətlə baş verdiyini bildiriblər.
Məryəm Quliyeva