Tramp-Soros müharibəsi Dünya

Tramp-Soros müharibəsi

ABŞ vətəndaşlarının Corc Sorosun terrorçu hesab olunması barəsində ABŞ prezidentinə ünvanlandıqları petisiya (ərizə) müraciətinə hələlik 145 min imza atılıb. Dövlət çevrilişlərində (bir sıra postsovet dövlətlərindəki rəngli inqilablar, ərəb baharı) əli olması haqqında yazılan minlərlə ifşaedici məqalələrə baxmayaraq, amerikalılar milyarder–filantropa (insansevər) qarşı ölkənin qurucu babalarına göstərdikləri hörmətə layiq münasibət bəsləyiblər. Amma indi bu şəxs demək olar bir saat içərisində marjinala çevrilib.
"Korrespondent" yazır ki, amerikanlar bu cür tələblə prezidentə müraciət ediblər: "Corc Soros qəsdən və həm də daima vəziyyəti destablizasiya etməyə cəhd göstərərək, Birləşmiş Ştatlar və onun vətəndaşlarına qarşı anti-dövlət fəaliyyətlərini qızışdırır. Onun onlarla (bəlkə də yüzlərlə) müxtəlif təşkilatları maliyyələşdirməkdə yeganə məqsədi Alinsk düşərgəsindəki təlimlər əsasında hazırlanmış terrorçu taktikaların köməyi ilə ABŞ konstitusiya sistemini dağıtmaqdır. O, federal hökumətin böyük hissəsinə və bütün Demokratlar Partiyasına sağlam olmayan təsir formalaşdırmışdır. Ədliyyə Nazirliyi dərhal Corc Sorosu, onun təşkilatını və əməkdaşlarını daxili terrorçu elan etməlidir".
Petisiya partlayan bomba effekti yaradıb. KİV-lər Soros-Tramp qarşıdurmasından yazırlar. Həqiqətən də, 2016-cı il seçkilərində Soros aktiv şəkildə Hillari Klintonu dəstəkləyirdi və o, Donald Trampın qələbəsindən sonra şok doğuracaq bəyanatla çıxış edərək demişdi: "ABŞ özünə dələduz və potensial diktatoru prezident seçdi". Belə bir bəyanatın fonunda anti-Tramp aksiyaları yaxşı planlaşdırılmış və incə şəkildə təşkilatlanmış bir hadisə kimi görünür. Belə ki, prezident seçkilərindən sonra ölkəni etiraz dalğası bürümüşdü.
Trampın keçmiş müşaviri Rocer Stoun Sorosu amerikalıları zorakılığa təhrikdə ittiham edib: "Soros insanları zorakılığa təhrik edir. Onlara bunu etmək üçün pul verir".
Maraqlıdır ki, Sorosun metodları uzun illər ərzində amerikalıları qətiyyən həyəcanlandırmayıb. Çünki amerikalıları nə Sorosun əməliyyatları, nə də onun təşkil etdiyi inqilabların nəticələri maraqlandırıb. İctimai düşüncə ilə manipulyasiya aparmaq, yad dəyərlərin xalqa sırınması, münaqişələrdə ölən minlərlə insan, Amerikanın "demokratiya dəllaları" tərəfindən törədilən təxribatlar, infrastrukturun dağıdılması, iqtisadiyyatın çökməsi, böhran və əhalinin yoxsullaşdırılması – bax, bütün bunların hamısı Amerikadan uzaq olub və ona görə də, belə şeylər onları maraqlandırmayıb. Lakin indi "rəngli inqilablar"ın metodu Amerikanın özündə tətbiq olunmağa başlayır. Vətəndaşlar isə Sorosun eksperimentindəki "lobaratoriya dövşanları"na çevriliblər. Əlbəttə, vəziyyət belə hala çatanda amerikalıların mövqeyi dəyişir. Onlar milyarderin öz pulları uğrundakı mübarizədə və ya onun ambisiyalarının qurbanlarına çevrilmək istəmirlər. ABŞ vətəndaşları ölkədəki siyasi vəziyyətin destabilizasiya olunmasına qarşıdırlar.
Petisiyanı imzalayanlar cəmiyyətin bölünməsi, böhran, dağıntılar və yoxsullaşma kimi perspektivlərə qarşı etiraz bildirirlər. Məhz belə bir perspektivdə dayanan qarmaqarışıqlıq – Soros tərəfindən indiki qanuni seçilmiş prezidentə qarşı elan olunmuş müharibədir. Ona görə də, ABŞ vətəndaşları tam hüquqla milyarderi terrorçu adlandırırlar.
Bu qarşıdurmanın nə ilə qurtaracağı və petisiyaya Donald Trampın necə reaksiya göstərəcəyini proqnozlaşdırmaq çətindir. Amma bir şey aydındır: Sorosun metodları ilə üzləşən amerikalılar, bunun mədəni dünyada qəbuledilməz olduğunu anlayırlar.